Polşada irimiqyaslı aksiya keçirildi



 17:52 05.06.2023     305

Polşanın ən böyük müxalifət partiyası olan Vətəndaş Platformasının lideri və keçmiş baş nazir Donald Tuskun çağırışı ilə aksiya keçirilib.

Demedia.az xəbər verir ki, aksiyaya toplaşan insanlar “yüksək qiymətlərə etiraz”, “azad seçkilər və demokratiya”, “Avropa Polşa" kimi şüarlar səsləndiriblər. Məlumata görə, Tusk 1989-cu ildə Polşada ilk dəfə azad seçkilərin keçirilməsinin ildönümü münasibətilə çağırış edib. Tuskun çağırışı əks-səda doğurub və sakinlər son illərin ən böyük siyasi etirazı üçün bir araya gəlib.

Paytaxt Varşavada toplaşan minlərlə vətəndaş yürüş üçün əvvəlcədən müəyyən edilmiş əraziyə sığa bilməyib və digər böyük  meydanlara toplaşıb.

Bahadur Seyidov