Futbolu buraxan Burak Yılmazdan Fənərbaxça etirafı: Ürəyimdə qaldı...



 18:00 05.06.2023     4437

Fortuna Sittarddan ayrılan futbolçu Burak Yılmaz karyerasını bitirdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, təcrübəli futbolçu illər sonra "Fənərbaxça" ilə bağlı da etiraf edib.

Mətbuat konfransı keçirən 37 yaşlı hücumçu bu açıqlamanı verib: "Niyə bu mətbuat konfransını bu gün keçiririk? Dünən gecə dünyanın ən böyük futbolçularından biri stadionda əl yelləyərək vidalaşdı. Mən də elə vidalaşmaq istədim, amma bu mənim taleyim olmadı. Bu gün karyeramı bitirdiyimi elan etmək istəyirəm. 

Fənərbaxçada yenidən oynamaq şansı əldə etmək istərdim. Fənərbaxçanın da indiki karyerama böyük təsiri var. Orada çəkdiyim ağrı məni olduğum yerə çatdırdı. Bu gün bir daha Fənərbaxçada oynayıb qol vurmaq istərdim”.

Aysun / Demedia.az