Ad günü partisində qalmaqal - Pula hörmətsizlik etdiyi üçün...



 19:29 05.06.2023     479

Türkiyədə ad gününü qeyd edən 20 nəfərlik qrup 100 türk lirəsini yandırıb.

Demedia.az xəbər verir ki, hadisələr kameralara əks olunarkən, polis xəbər üzərinə kafeyə basqın edərək 3 nəfəri saxlayıb.

Hadisə ötən gün saat 22:00 radələrində Kağıthane Sultanselim Məhəlləsində baş verib. Daxil olan məlumata görə, məhəllədə yerləşən kafeyə gələn 20 nəfərlik qrup ad gününü qeyd etməyə başlayıb. Bu zaman əcnəbi vətəndaşlardan biri 100 türk lirəsini çıxararaq yandırmağa başlayıb. Həmin anlar kameraya düşüb.

Hadisədən sonra ihbar üzərinə polis qrupu yeməkxanaya göndərilib. Qısa müddətdə gələn polis xarici vətəndaşlar Nevaf H., Hüseyin S. və Muhammet M.-ni saxlayıb. Onların ifadələri polis bölməsinə aparıldıqdan sonra "dövlətin suverenliyinin əlamətlərini təhqir etmə" və "Atatürkə qarşı törədilən cinayətlər haqqında qanun" maddələri ilə məhkəmə işi aparılıb. Prokurorluğun qərarı ilə sərbəst buraxılan şəxslərin deportasiyaları üçün prosesə başlanıldığı öyrənilib.

Aysun / Demedia.az