Pilot yatarkən bir ailə həlak oldu... - F-16-ların havaya qalxma səbəbi



 21:00 05.06.2023     552

ABŞ-ı vahiməyə salan sirli səs F-16-ların yüksək sürətlə hərəkət etdiyi zaman səs bumundan gəlib.

Demedia.az xəbər verir ki, F-16-ların havaya qalxma səbəbi və hadisədəki yeni detallar dünyada səs salıb.

Ötən gün ABŞ-ın paytaxtı Vaşinqtonda müəmmalı hadisə baş verib. Ştat daxilində və ətrafında eşidilən partlayış səsi beyinləri çaşdırsa da, dünya mətbuatı dərhal “Vaşinqtonda partlayış” başlığı ilə hadisənin manşetinə çevrilib. Twitterdə bir çox istifadəçi partlayışdan sonra evlərinin titrədiyi anları paylaşarkən arxa fonda eşidilən səsə diqqət çəkib.

ABŞ Hərbi Hava Qüvvələrindən verilən açıqlamada sözügedən səsin partlayış deyil, reaktiv təyyarələrdən gələn səs partlayışları olduğu bildirilib.

Müdafiə Nazirliyinin ayrı-ayrılıqda verdiyi açıqlamada iki F-16 döyüş təyyarəsinin radio yayımlarına cavab verməyən xüsusi təyyarəni təqib etmək üçün havaya qalxdığı açıqlanıb.

Sözügedən şəxsi təyyarə Virciniya ştatının cənub-qərbində qəzaya uğrayıb. ABŞ mətbuatının verdiyi məlumatda F-16 pilotlarının kiçik təyyarəni idarə edən şəxsi huşsuz halda gördüyü qeyd edilib.

Dağlıq əraziyə düşən təyyarə üçün dərhal axtarış-xilasetmə işlərinə başlanılıb. Polisin məlumatına görə, xilasedicilər Şenandoah vadisində qəzaya uğrayan təyyarəni tapmaq üçün saatlarla piyada gediblər. Qəza yerində dörd nəfərin cəsədi tapılıb.

Təyyarənin niyə cavab vermədiyi və niyə qəzaya uğradığı hələlik bəlli deyil. Britaniya mətbuatında yer alan xəbərə görə, təyyarənin avtopilotla uçduğu bildirilir.

Aysun / Demedia.az