Astronavtlar seçildi: Aya səyahət üçün geri sayım başlayır



 22:05 05.06.2023     444

2024-cü ildə baş tutması planlaşdırılan II Artemida missiyasında iştirak edəcək astronavtların adları bu günlərdə açıqlanıb.

Aya missiya üçün seçilən dörd astronavt Orionu kosmosda sınaqdan keçirən ilk ekipaj üzvləri olacaq.

Keçən Noyabr ayında Orion və onun hərəkət sistemlərini sınaqdan keçirən NASA, kosmik gəminin ilk 25 günlük səyahətini performans gözləntilərini üstələyən bir uğur kimi təsvir etdi. İndi onlar Orionun Ay ətrafında insanlarla birlikdə necə hərəkət etdiyini görəcəklər; lakin ekipaj Aya enməyəcək.

Missiya üçün seçilən astronavtlardan biri Christina Hammock Koch, “Aya dərhal getməyəcəyik. Biz Orion-un bütün sistemlərini sınaqdan keçirdikcə və hətta onun kosmosda necə manevr etdiyini gördükcə, zirvəyə on minlərlə kilometrə çatan inanılmaz yüksək orbitdə olacağıq. Və hər şey yaxşı olarsa, Aya səyahət başlayacaq” dedi.

NASA bu missiya üçün Christina Hammock Koch, Reid Wiseman və Victor Gloveri, Kanada Kosmik Agentliyi isə Ceremi Hanseni seçib. Ekipaj üzvləri 1972-ci ildəki son Apollon missiyasından sonra kosmosa dərin səyahət edən ilk insanlar olacaq. Onlar gəminin həyati dəstək sistemlərini Ayın qaranlıq tərəfinin 10 kilometrliyində sınaqdan keçirəcəklər. Yalnız bundan sonra NASA kosmik gəminin hazır olduğundan əmin olacaq.

NASA-nın kosmik gəmisini sınaqdan keçirir
Ekipaj 10 günlük uçuş zamanı kosmik gəmini heç vaxt tərk etməyəcək, lakin Apollon ilahəsi əkizinin adını daşıyan yeni kosmik tədqiqat proqramı olan Artemidanın ilk kosmik səyahətçiləri kimi tarixə düşəcək.

Bu addım NASA-nın 2030-cu illərin sonuna qədər insanları Marsa göndərmək və onları Yerdən daha çətin bir planetdə şəraitə hazırlamaq üçün iddialı planının başlanğıcını göstərir.

Aysun / Demedia.az