“Ukraynanın müharibəni uduzması dünya müharibəsinə səbəb ola bilər” - Heyli



 21:46 05.06.2023     329

“Ukraynanın müharibəni uduzması dünya müharibəsinə səbəb ola bilər”.

Demedia.az xəbər verir ki, ABŞ-da prezident seçkilərinə Respublikaçılar partiyasından namizəd Nikki Heyli belə deyib. Rusiya-Ukrayna müharibəsində Ukraynaya verilən dəstəyin əhəmiyyətini vurğulayan Heyli bildirib ki, bu müharibə təkcə Ukraynanı deyil, dünyanı da yaxından maraqlandırır. Onun sözlərinə görə, Ukraynanın müharibəsi azadlıq savaşıdır. Ukraynanın qələbəsinin hər kəs üçün vacib olduğuna diqqət çəkən Heyli bunları deyib:

“Çin Honq-Konqu alacağını dedi və aldı. Rusiya Ukraynanı işğal edəcəyini söylədi, biz də bunu izlədik. Çin deyir ki, sırada Tayvan dayanır. Rusiya üçün növbəti Polşa və Baltikyanı ölkələrdir”.

Bahadur Seyidov