Ukrayna ordusu irəlilədi



 21:51 05.06.2023     305

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirskiy Baxmut istiqamətində irəlilədiklərini iddia edib.

Demedia.az xəbər verir ki, Sirski sosial media hesabında şərq cəbhəsindəki vəziyyəti dəyərləndirib. Baxmut istiqamətində rusları məhv etməyə davam etdiklərini ifadə edən Sirski, “Müdafiə qüvvələrimiz irəliləyir. Biz onları yerdən və havadan vururuq” – deyə bildirib. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar sosial media hesabında bildirib ki, Ukrayna qoşunları şərq cəbhəsində əks-hücum əməliyyatları keçirir.

Malyar bildirib ki, düşmənin müqavimətinə və mövqelərini saxlamaq cəhdlərinə baxmayaraq, Ukrayna qoşunları Оrіhоvо Vasilivka və Paraskoviivka istiqamətində irəliləyib.

Bahadur Seyidov