Fanatik yəhudilər Əl-Əqsa məscidinə basqın etdi



 22:18 05.06.2023     282

Onlarla fanatik yəhudi İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.

Demedia.az xəbər verir ki, bu barədə Fələstin mənbələri məlumat verib. Bildirilir ki, fanatik yəhudilər çox sayda İsrail polisinin himayəsi altında Əl-Əqsa məscidinin ərazisinə daxil olub. Basqın zamanı fanatik yəhudilər Məscidül-Əqsanın həyətində mərasim təşkil ediblər.

Qeyd edək ki, daha əvvəl Qüds İslam Vəqflər İdarəsinin icazəsi ilə Məscidül-Əqsanı ziyarət edən yəhudilər, İsrailin 2003-cü ildə Vəqflər İdarəsinin suverenliyini pozan birtərəfli qərarından sonra polisin müşayiəti ilə müsəlmanların müqəddəs hərəminə daxil olurlar.

İsrail hakimiyyətinin birtərəfli qərarını tanımayan Qüds İslam Vəqfləri İdarəsi yəhudilərin davranışlarının müsəlmanların suverenliyini pozan “basqın” olduğunu bəyan edir.

Bahadur Seyidov