Putinin “fövqəladə çıxışı" saxtadır - Peskov təkzib etdi



 22:46 05.06.2023     293

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin bəzi radio kanallarında yayımlanan “fövqəladə çıxışını” təkzib edib və hadisənin haker hücumu olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Rusiyanın bəzi radio kanalları Rusiya lideri Putinin Belqorod, Rostov və Voronej vilayətlərində Ukrayna qüvvələrinin hücumlarına görə “fövqəladə vəziyyət” elan etməsi ilə bağlı çıxışı yayımlayıb. Putin radio kanallarında yayımlanan saxta çıxışında NATO bloku tərəfindən silahlandırılan Ukrayna ordusunun Vaşinqtonun razılığı və dəstəyi ilə Belqorod, Rostov və Voronej vilayətlərinə hücum etdiyini bildirərək, ölkədə ümumi səfərbərlik elan ediləcəyini və hərbi vəziyyətin tətbiq ediləcəyini bildirib.

Sputnik-ə danışan Kremlin sözçüsü Dmitri Peskov radioda yayımlanan "nitqin" saxta olduğunu vurğulayıb.

Bahadur Seyidov