Küveytdə Milli Assambleyaya seçkilər keçirilir



 11:57 06.06.2023     296

Küveytdə Milli Assambleyaya seçkilər keçirilir.

Demedia.az xəbər verir ki, seçicilər yerli vaxtla saat 08:00-da səs verməyə başlayıb. Küveytin rəsmi agentliyi KUNA-nın xəbərinə görə, səsvermə saat 20:00-dək davam edəcək. Məlumata görə, qeydiyyata alınmış 793 min 646 seçici var. 17-si qadın olmaqla 207 namizəd Milli Məclisdəki 50 mandat üçün mübarizə aparır. Bildirilir ki, səsvermə yaşının 21 olduğu Küveytdə Milli Qvardiyanın üzvləri istisna olmaqla, əsgərlərin səsvermə hüququ yoxdur.

Ölkədə 1963-cü il yanvarın 23-də yaradılmış Milli Məclis 4 il müddətinə xalq tərəfindən birbaşa seçilən 50 üzvdən və əmirin təyin etdiyi baş nazir istisna olmaqla, 15 nazirdən ibarətdir.

Bahadur Seyidov