Avropadan Ukraynadakı bəndin bombalanmasına etiraz



 12:42 06.06.2023     342

Avropa Şurasının prezidenti Şarl Mişel Ukraynadakı Kahovka bəndinin vurulmasında Rusiyanı günahlandırıb və bunun hərbi cinayət olduğunu deyib.

Demedia.az xəbər verir ki, Şarl Mişel Ukraynanın cənubunda bəndin bombalanması ilə bağlı sosial şəbəkədə açıqlama verib. Kahovka bəndinə edilən hücumdan şoka düşdüyünü dilə gətirən Mişel, mülki infrastrukturların məhv edilməsinin müharibə cinayəti olduğunu vurğulayıb. Mişel qeyd edib ki, buna görə Rusiya və birlikdə hərəkət edənlər məsuliyyətə cəlb ediləcəklər.

Mişel Avropa ittifaqı liderlərinin sammitində bu məsələni qaldıracağını və daşqın xəbərdarlığı altında bölgəyə daha çox yardım göndərilməsini təklif edəcəyini açıqlayıb.

Bahadur Seyidov