Avropa Ədalət Məhkəməsi: Polşa Aİ qanunlarını pozdu



 12:57 06.06.2023     445

Avropa Ədalət Məhkəməsi Polşanın 2019-cu ildə apardığı məhkəmə islahatları ilə Avropa İttifaqının qanunlarını pozduğuna qərar verib.

Demedia.az xəbər verir ki, Polşanın Avropa İttifaqı Müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi bildirilib. Qərardan şikayət verə bilməyən Polşa Avropa İttifaqının qərarını Avropa İttifaqı Komissiyasının icazə verdiyi müddətdə icra etməlidir.

Qeyd edək ki, Avropa Komissiyası Polşanın həyata keçirdiyi məhkəmə islahatının Avropa İttifaqı qanunvericiliyinə zidd olması faktı ilə bağlı araşdırma başladıb. Bundan sonra məsələ Avropa Ədalət Məhkəməsi daşınıb. 2021-ci ildə Polşanın qərarı yerinə yetirmədiyinə görə, gündəlik 1 milyon avro cərimələnməsinə qərar verilib. Polşa isə bu müddət ərzində ümumilikdə 556 milyon avro cərimə olunub. Yekun qərardan sonra cərimə dayandırılıb.

Bahadur Seyidov