Bu daş ilə baş ağrınızı azaldıb, təzyiqinizi nəzarətdə saxlayın Firuzə daşı - Video



 15:15 06.06.2023     1102

Qiymətli daşlara təkcə bəzək əşyaları və aksesuar kimi yanaşılmamalıdır.

Onların insan sağlamlığına faydaları da çoxdur. Təbii daşların əmələgəlmə müddəti çox uzundur. Və bu müddətdə onlar bir çox pozitiv enerji titrəşimlərini özlərinə çəkirlər. Sonradan həmin daşları üzərlərində gəzdirənlər daim kainatdan pozitiv enerji alırlar. Xoşbəxtlik daşı sayılan firuzə isə sahibini ən pozitiv enerjinin-sevginin mərkəzində saxlayır. Boğaz, ürək və alın çakraları ilə uyğundur. Firuzə, həmçinin, əqrəb, oxatan, balıq və dolça bürcü nümayəndələrinin “ən uğurlu daşı”dır. Bəzi inanclarda dostluğun, bəzi inanclarda isə “gecə cinləri üzərində qələbə”nin, yəni, yuxusuzluğa qalib gəlməyin simvoludur.

Firuzə Daşının möcüzəvi faydaları haqqında videoda  ətraflı məlumat verilir.

Aqat Silver kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Aysun Həsənova / DEMEDİA.AZ