Fransada ümummilli tətil və nümayişlər keçirilir



 15:23 06.06.2023     315

Fransada pensiya yaşının 2 il uzadılması ilə bağlı mübahisəli islahat əleyhinə növbəti dəfə ümummilli tətil və nümayişlər keçirilir.

Demedia.az xəbər verir ki, bir çox sektorun öndə gedən həmkarlar ittifaqlarının çağırışı ilə 1 milyona yaxın insanın küçələrə axışacağı proqnozlaşdırılır. Nümayişlərə görə səhər saatlarından paytaxt Paris və ətrafında nəqliyyatda problem yaranıb. Fransanın hər yerində, xüsusilə Paris, Lion, Marsel və Bordo şəhərlərində 250 nöqtədə nümayişlər keçirilir. Son sorğular göstərir ki, fransızların 57 faizi tətil və nümayişləri dəstəkləyir.

Daxili işlər naziri Gerald Darmanin nümayişlərə görə 4 mini Parisdə olmaqla 11 min polis və jandarm qüvvəsinin yerləşdirildiyini açıqlayıb. Darmanin nümayişlərə xaricdən ifrat solçuların qatılacağı ilə bağlı alınan kəşfiyyat məlumatları əsasında əlavə tədbirlər görüldüyünü bildirib.

Bahadur Seyidov