Britaniyanın xarici kəşfiyyat rəhbəri İbrahim Kalını təbrik etdi
Böyük Britaniyanın xarici kəşfiyyat təşkilatı MI6-nın rəhbəri Riçard Mur Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsinə təyin olunan İbrahim Kalını təbrik edib.
Demedia.az xəbər verir ki, Riçard Mur tvitter hesabında, "Köhnə dostum İbrahim Kalını Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm, birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Uğurlar." - deyə yazıb.
Yazısında Kalını da etiketləyən Mur “Bunun saxta tvitter hesabı olmadığına inanaraq ." deyə yazıb. Qeyd edək ki, bundan əvvəl Riçard Mur Hakan Fidanı xarici işlər naziri olması münasibətilə təbrik edərkən onun saxta hesabını qeyd etmişdi.
Bahadur Seyidov