İrlandiya su bəndinə hücuma etiraz etdi
Ukraynadakı Kahovka bəndinin bombalanması və dağıdılması müharibə cinayətidir.
Demedia.az xəbər verir ki, İrlandiyanın xarici işlər naziri Maykl Martin belə deyib. O bildirib ki, ölkəsi Avropa İttifaqı və beynəlxalq tərəfdaşlarla birlikdə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün çalışır.
“Mülki obyektlərin, o cümlədən mühüm infrastrukturun qəsdən hədəfə alınması müharibə cinayətidir. Nə qədər uzun olsa da, Ukrayna ilə həmrəyliyimizi davam etdirəcəyik” - deyə nazir Martin Ukraynanın cənubundakı Xerson bölgəsindəki bəndə edilən hücumla bağlı tvitterdə paylaşıb.
Qeyd edək ki, Xerson vilayətində Rusiyanın nəzarətində olan Kahovka bəndi bombalanıb. Rusiya və Ukrayna hücuma görə bir-birilərini ittiham edir. Su bəndinin dağılması selə səbəb olub.
Bahadur Seyidov