Qırğızıstanda hakimiyyəti ələ keçirməyi planlaşdıran qrup üzvləri saxlanıldı



 17:12 06.06.2023     381

Qırğızıstanda kütləvi nümayişlərdən istifadə edərək hakimiyyəti ələ keçirməyi planlaşdıran qrup üzvləri saxlanılıb.

Demedia.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi açıqlama verib. Bildirilir ki, dövlətin təhlükəsizliyini təmin etmək və konstitusiya quruluşunu qorumaq səyləri çərçivəsində kütləvi etiraz aksiyaları və üsyana gizli hazırlıq görən qrupun qanunsuz fəaliyyətinin qarşısı alınıb. Açıqlamada, istintaq çərçivəsində 30-dan çox qrup üzvünün saxlanıldığı, əsas təşkilatçı olduğu müəyyən edilən Eldik Keneş (Xalq Məclisi) Partiyasının sədri Roza Nurmatova da daxil olmaqla 4 fəalın həbs edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən cinayətkar təşkilatın silahlıları öz sıralarına yeni üzvlər cəlb etmək istiqamətində fəaliyyət göstərib, siyasi partiya liderinin hakimiyyəti ələ keçirmək planına uyğun olaraq mütəmadi olaraq gizli görüşlər keçirib. Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bahadur Seyidov