Dəhşətli cinayətdə illər sonra ortaya çıxan DETAL



 18:00 06.06.2023     464

2018-ci ildə Konyada qətlə yetirilən Metin və Necla Büyükşen cütlüyünün qətli ilə bağlı məhkəmənin verdiyi hökmlərlə bağlı əsaslandırılmış qərar açıqlanıb.

Demedia.az xəbər verir ki, qərarda, qətli törətdiyi iddia edilən Ərtoğrul Çelik, qətli təşkil etdiyi iddia edilən Esra Taş və sevgilisi Abdullah Başdemir ömürlük həbs cəzası alıb.

3 sentyabr 2018-ci il tarixdə saat 22:00 radələrində Karatay rayonunda təqaüdçü zabit Metin Büyükşen və həyat yoldaşı Necla Büyükşen tapançadan atəş açılaraq qətlə yetirilib.

Təqsirləndirilən şəxslər barəsində çıxarılan hökmün əsasları da açıqlanıb. Qərarda Abdullah Başdəmirin təşkil etdikləri piknik zamanı sevgilisi Esra Taşla etdiyi söhbət də yer alıb. 

Aysun / Demedia.az