Balıq ovunda REKORD: 2,8 metr, 43 dəqiqə ərzində...



 19:01 06.06.2023     549

ABŞ əsilli Alessandro Biancardi bəşəriyyət tarixinə düşəcək bir hadisəyə imza atıb.

Demedia.az xəbər verir ki, Alessandro sosial media hesabında İtaliyanın şimalındakı Po çayında "canavarı ələ keçirdiyini" açıqlayıb.

Alessandro mövzu ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib:

"Onu ilk dəfə görəndə anladım ki, həqiqətən bir canavar tutmuşam, adrenalin bədənimə axmağa başladı və onu itirmək qorxusu məni az qala panikaya saldı"

23 ildir ki, hobbi olaraq balıq tutduğunu bildirən Alessandro, ilk dəfə belə böyük bir canlı tutduğunu ifadə edərək, 2,8 metr uzunluğunda balığı düz 43 dəqiqəyə tutduğunu bildirib.

Alessandro hələ də balığın çəkisini ölçmədiyini mətbuatla bölüşüb. Alessandronun müvəffəqiyyətinin ardından mövzu ilə bağlı açıqlamalar verən Beynəlxalq Oyun Balığı Dərnəyi söz mövzusu balığın dünya rekordu qırdığını ifadə edib.

Aysun / Demedia.az