"Fənərbaxça"lı Mert Hakana "Qalatasaray"dan GÖZLƏNİLMƏZ CAVAB



 20:02 06.06.2023     456

Super Liqada "Fənərbaxça"nı 3-0 məğlub edən "Qalatasaray" derbidən sonra çempionluğu qeyd edib.

Demedia.az xəbər verir ki, Mert Hakan sarı-qırmızılı klubu nəzərdə tutan paylaşım edərkən, sarı-qırmızılı klub cavab verib.

Spor Toto Super Liqada 2022-2023 mövsümünün çempionu olan "Qalatasaray" "Fənərbaxça" derbisindən sonra kubok mərasimi keçirib. Kubok mərasimində sarı-qırmızılılar arasında emosional anlar yaşanıb. Digər tərəfdən gecədə Mauro İkardi və Simge Sağın dueti üstünlük təşkil edib.

18 oktyabr 2014-cü ildə Nef Stadionunda keçirilən son derbidə Aslan sarı-göylüləri 2-1 hesabı ilə məğlub edib. Cimbom bu nəticə ilə 9 ildən sonra meydanda "Fənərbaxça"nı məğlub edib.

"Qalatasaray" derbidə ikinci qolu vurduqdan sonra stadionda İkardi üçün "Aşkın Olayım" mahnısı səsləndirilərkən "Fənərbaxça"da həmin mahnının sözlərinə Mert Hakanın yoldaşlıq etdiyi iddiası gündəm olub. Həmin anların görüntüsü qısa zamanda böyük marağa səbəb olub.

"Fənərbaxça" ilə "Qalatasaray" arasında transfer yarışına girən və imzasını atan Mert Hakan Yandaş, sarı-qırmızılı klubun çempionluq bayramına toxunub: “İstəmişəm ki, biləsiniz ki, mahnı bizim tərəfdə fərqli oxunur".

Mert Hakanın paylaşımından sonra sarı-qırmızılı klub İkardi qol bayramının fotosunu yayımlayıb və bu qeydi atıb: "O zaman daha yüksək səslə! Mən sevgi hadisəsiyəm...".

Aysun / Demedia.az