Ölümlə bitən oyun: Təsadüfən dostunun qatili oldu



 22:36 06.06.2023     419

Taksimdə avtomobil dayanacağında lisenziyalı silahı ilə oynayan şəxs təsadüfən iki dostunu güllələyib.

Demedia.az xəbər verir ki, başından güllə yarası alan şəxs xəstəxanada ölüb, digəri isə yaralanıb. Çaxnaşma anları kameralara əks olunub

Hadisə dünən saat 02:30 radələrində Beyoğlu Taksimdə baş verib. İddiaya görə, avtopark operatoru Mövlud D. (34) dostları Bahattin Aktaş (49) və Mehmet D. (45) ilə gecə saatlarında kabinədə söhbət etməyə başlayıb. Dostları Mövlud D.-dən lisenziyalı tapançasını soruşmağa başlayıb. Bu zaman silahını çıxaran Mövlud D. zarafatla oynamağa başlayıb.

Bu zaman tapança təsadüfən açılan zaman çıxan güllə Aktaşın başına girib. Çıxan güllə onun yanında olan Mehmet D.-ni də qoltuğundan yaralayıb. Hadisədən sonra təşviş içində olan Mövlud D. çölə çıxarkən, yaralılar avtomobillə Taksim Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Daha ətraflı videoda: 

Aysun / Demedia.az