Kaxovka bəndinin dağılmasından sonra azı 7 nəfər itkin düşüb



 12:14 07.06.2023     361

Rusiyanın nəzarətindəki Xersonda yerləşən Nova Kaxovka bəndinin dağılmasından sonra baş verən seldə azı 7 nəfər itkin düşüb.

Demedia.az xəbər verir ki, TASS xəbər agentliyinin məlumatına görə, sel ətraf əraziləri suya qərq edib. Bildirilir ki, bombanmadan sonra Kahovka bəndinə ciddi ziyan dəyib. Bəndə ciddi ziyan dəydiyi üçün Dnepr çayında suyunun səviyyəsi sürətlə qalxıb. Yeni Kahovka şəhərinin mərkəzi su altında qalıb. Suyun səviyyəsi binaların 2-ci mərtəbəsinə qədər qalıb. Rusiya hakimiyyəti müharibədən əvvəl təxminən 44 min əhalisi olan şəhəri və daşqından zərər çəkmiş Qolopristanskiy və Aleşi rayonlarını təxliyə etməyə qərar verib.

Qeyd edək ki, bəndin bombalanmasına görə, Rusiya və Ukrayna bir-birilərini ittiham edir.

Bahadur Seyidov