Çin və Rusiya bombardmançıları Yaponiya sərhədində uçuş keçirdi



 12:57 07.06.2023     334

Çin və Rusiya bombardmançıları Yaponiya sərhədinə yaxın sularda birgə uçuşlar həyata keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, Çinin iki və Rusiyanın iki döyüş təyyarəsi Yaponiya sərhədinə yaxınlaşıblar. Yapon dənizi bölgəsindən Şərqi Çin dənizinə doğru həyata keçirilən birgə uçuşa qarşı Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri havaya qaldırılıb. Yaponiyanın Müdafiə Nazirliyi ölkənin hava məkanının pozulmadığını qeyd edib. Yaponiya birgə uçuşu “açıq güc nümayişi” kimi qiymətləndirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Çin təyyarələri Cənubi Koreya sərhədində birgə uçuşlar həyata keçirmişdi.

Bahadur Seyidov