ABŞ İran və Çin şirkətinə sanksiya tətbiq etdi
ABŞ İran və Çin Xalq Respublikasında yerləşən 7 fiziki şəxs və 6 təşkilatın satınalma şəbəkəsinə sanksiya tətbiq edib.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib. Açıqlamada bildirilib ki, İranda ballistik raket proqramına dəstək verdikləri üçün İran və Çində 7 şəxs və 6 təşkilatdan ibarət satınalma şəbəkəsinə sanksiya tətbiq edilməsinə qərar verilib.
Bəyanatda deyilir: "Birləşmiş Ştatlar İranın satınalma şəbəkələrini pozmaq üçün əlində olan hər vasitədən istifadə etməkdə qərarlıdır. ABŞ müttəfiqləri və tərəfdaşları ilə İranı öz hərəkətlərinə görə cavab verməsi üçün çalışır".
Bahadur Seyidov