ABŞ və Hindistan Çinə qarşı güclərini birləşdirməlidir - Konqresmen
ABŞ və Hindistan, Çinin demokratiya əvəzinə dünyaya təqdim avtoritar modelinə qarşı alternativ yaratmaq üçün güclərini birləşdirməlidir.
Demedia.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Raca Krişnamurti belə deyib. O bildirib ki, Hindistanın baş naziri Narendra Modinin Vaşinqtona səfəri ABŞ-Hindistan münasibətlərinin gücünü simvolizə edir. ABŞ-Hindistan əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayan Krişnamurti bildirib ki, Hind-Sakit okeanı regionunda təhlükəsizlik tənzimləmələrinin gücləndirilməsinə dair müzakirələr aparılmalıdır.
Onun sözlərinə görə, Hind-Sakit okeanı regionunda beynəlxalq qaydalara əsaslanan nizamın qorunub saxlanılması vacibdir.
Bahadur Seyidov