NATO ən böyük aviasiya təlimini təşkil edir



 16:08 07.06.2023     557

NATO Almaniyada və Şərqi Avropada ən böyük aviasiya təlimini təşkil edir.

Demedia.az xəbər verir ki, təlim gələn həftə başlayır. “Air Defender 2023” təlimində 10 mindən çox hərbi qulluqçu və 250-dən çox döyüş təyyarəsinin iştirakı planlaşdırılır.Təlim üçün ABŞ Hərbi Hava Qüvvələrinin 110 təyyarəsi Avropaya gələcək. Bundan əlavə, təlimdə Avropadakı NATO ölkələrindən 80, beynəlxalq tərəfdaşlardan isə 60 təyyarənin iştirakı gözlənilir. Təlim zamanı gündə orta hesabla 250 döyüş atışının həyata keçiriləcəyi bildirilir.

Bundan əlavə, 25 ölkə müxtəlif təyyarələrlə təlimlərdə iştirak edəcəklər. Təlim zamanı Almaniya Hərbi Hava Qüvvələrinin demək olar ki, bütün bazaları istifadə olunur. Təlimin məqsədi alyansın hava hücumundan müdafiəsini güclü saxlamaqdır.

Bahadur Seyidov