Bolqarıstanda 5-ci növbədənkənar parlament seçkilərindən sonra hökumət quruldu



 17:16 07.06.2023     282

Bolqarıstanda 5-ci növbədənkənar parlament seçkilərindən sonra hökumət qurulub.

Demedia.az xəbər verir ki, Baş nazir Nikolay Denkovun rəhbərlik etdiyi hökumət Bolqarıstan parlamentindən etimad alandan sonra rəsmən qurulub. Məlumata görə, parlamentdəki səsvermədə 240 deputatdan 201-i iştirak edib. 132 deputat Denkovun rəhbərlik etdiyi hökumətə etimad edib. 69 deputat isə yeni hökumətə qarşı çıxıb. Parlament qarşısında çıxış edən Denkov bildirib ki, hökumətin vacib qərarlar qəbul etmək üçün təcrübəsi var.

Denkov bildirib ki, kabinetinin ilk vəzifəsi 2023-cü il büdcəsini təsdiq etməkdir.

Bahadur Seyidov