ABŞ bəndin dağılmasının səbəbini bilmir - Kirbi



 17:12 07.06.2023     322

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynada partladılan Nova Kaxovka bəndi ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, ABŞ su bəndinin dağılmasına səbəb olan hadisənin detalları barədə məlumatlı deyil. Onun sözlərinə görə, ABŞ bəndin niyə uçduğunu hələlik bilmir. Kirbi bəndin dağılmasının fəlakətə səbəb ola biləcəyini ifadə edib. Qeyd edək ki, Nova Kaxovka bəndinin bombalandığı bildirilir. Ukrayna və Rusiya bəndin dağılmasına görə bir-birini ittiham edir.

Bəndin dağılmasından sonra başlayan sel 7 nəfərin itkin düşməsinə səbəb olub.

Bahadur Seyidov