Koronadan sonra həyatı dəyişən AİLƏ: Depressiyadan sonra...



 19:01 07.06.2023     447

Avstraliyanın Melburn şəhərində yaşayan, adi həyat tərzi keçirən Rayan Covan 230 günlük Kovid-19 qapanmasından sonra yaşadığı depressiyadan çıxmaq üçün həyatında köklü dəyişikliklər etmək qərarına gəlib.

Demedia.az xəbər verir ki, bunun üçün Cowan əvvəlcə işini tərk edərək şəhərdəki evini sataraq daha sakit bir yerdə məskunlaşıb.

Evin satışından qalan pulla o, “arzusunda olduğu avtomobil” olaraq xarakterizə etdiyi Tesla markalı avtomobil alıb. Cowan əvvəlcə bu avtomobilin onun üçün dolanışıq vasitəsi olacağını düşünmürdü. Ancaq tendensiya onu minlərlə insana Teslanın xüsusiyyətləri haqqında danışan məzmun prodüseri etdi və 32 yaşlı kişi hətta markanın yaradıcısı İlon Maskın diqqətini çəkən bir populyarlıq qazandı.

Cowan indi TikTok və YouTube-da yüz min izləyicisi üçün istehsal etdiyi məzmunla dolanaraq bu məsələ ilə maraqlanan minlərlə insanın beynindəki sual işarələrini aradan qaldırmağa çalışır. Cowanın bu yaxınlarda bu mövzuda etdiyi bir yazı bəzi istifadəçilər tərəfindən "ürpertici" olaraq xarakterizə edildi.

Ryan Cowan və həyat yoldaşı Peyc Cowan riskli, lakin həyatlarını dəyişdirən qərarlarına görə peşman deyillər. Daha sakit həyata üstünlük verən cütlük avtomobil seçimlərini Tesla Model 3-ün lehinə edib. Aldıqları elektromobildən razı qalan Peyc-Ryan Kovan sonradan bu avtomobili sataraq avtomobillərini Model Y-ə yüksəldib. Cowan cütlüyü bu satışı həyata keçirərkən 4500 dollar qazanc əldə ediblər.

Aysun / Demedia.az