Vanqanın 2023 kəhanətləri: Dəhşətli proqnoz hər an gerçəkləşə bilər



 19:29 07.06.2023     600

Proqnozları doğru çıxdıqdan sonra tez-tez gündəmə gələn Baba Vanqanın kehanetləri dünya mətbuatında manşet oldu.

Demedia.az xəbər verir ki, 1911-ci ildə Makedoniyada anadan olan Vangeliya Pandeva Dimitrova dünyada “Baba Vanqa” kimi tanınır.

Ömrünün çox hissəsini Bolqarıstanda keçirən Vanqanın bitki həkimi olmaqla yanaşı, mistik güclərə malik olduğu iddia edilir. Baba Vanqanı tədqiq edən və araşdıran bir çox insanlar onun da son illər əvvəl bir sıra mühüm hadisələr gördüyünü deyirlər.

Bu hadisələrdən ən diqqət çəkəni SSRİ-nin dağılması, 2004-cü ildə Tailand sunamisi və Barak Obamanın ABŞ prezidenti seçilməsidir.

“New York Post” qəzetindəki günün xəbərləri arasında Vanqanın mümkün nüvə müharibəsi ilə bağlı proqnozları da yer alırdı. Sözügedən xəbər qısa zamanda saytın ən çox oxunan xəbəri olub.

Məqalədə Vanqanın keçmişdə verdiyi proqnozlara istinad edilib. Vanqanın 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini bildirən qəzet, Vanqanın “Asiya üzərində çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti kimi şərh edib. Peyğəmbərliyə görə, fövqəldövlətin istifadə edəcəyi silahla dünya həyatı təhlükə altına düşəcək.

Bu peyğəmbərliyin yenidən gündəmə gəlməsinə səbəb Ukraynada dağılmış Kaxovka bəndidir. Bu bənd Krım bölgəsini su ilə təmin etməklə tanınsa da, onun ən mühüm xüsusiyyəti Ukraynadakı atom elektrik stansiyasının soyumasına kömək etmək idi. Suların nəzarətsiz dağılması ilə nüvə fəlakəti ehtimalı artdı.

Aysun / Demedia.az