Şimali Koreyalı hakerlər nazirlərin məlumatlarını ələ keçirdi



 17:25 07.06.2023     290

Şimali Koreyalı hakerlərdən ibarət “Kimsuky” qrupu 2022-ci ildə Cənubi Koreyanın keçmiş nazirləri və nazir müavinləri də daxil olmaqla bir çox siyasətçinin hesablarını gizli şəkildə izləyib.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəsmi mənbələri məlumat verib. Bildirilir ki, hakerlər sözügedən şəxslərin məlumatlarını oğurlamaq üçün diplomatiya və təhlükəsizlik mövzularında 150 siyasətçiyə saxta elektron məktublar ünvanlayıb. Açıqlamada deyilir ki, haker qrupu həmin şəxsləri saxta saytlara yönləndirmək üçün elektron məktublar göndərib. Bununla da, siyasətçilərin məlumatları ələ keçirilib.

Cənubi Koreyanın kəşfiyyatı məsələdən xəbər tutaraq hakerlərin əməllərinin qarşısını alıb.

Bahadur Seyidov