Özəl məktəbdə təcrübə zamanı partlayış - ANBAAN VİDEO



 22:36 07.06.2023     523

Türkiyədə Küçükçekmecedəki xüsusi bir məktəbdə sınaq zamanı partlayış baş verib.
 
Demedia.az xəbər verir ki, Küçükçekmece Sefaköy Beşyoldakı özəl məktəbdə günorta saatlarında baş verib.

Daxil olan məlumata görə, məktəbin bağçasında şagirdlər arasında “Elm bayramı” adlı tədbir keçirilib. Hadisə zamanı sınaq borusunda olan etil spirti partlayıb. Hadisədə 1-i qadın olmaqla 5 şagirdin dərisi yanıq xəsarəti alıb. Məktəb həkiminin ilk müdaxiləsindən sonra yaralı şagirdlər təcili tibbi yardım maşınına mindirilərək xəstəxanaya çatdırılıblar.

Digər tərəfdən partlayış anlarının təhlükəsizlik kamerası göründü. Partlayışda tələbələrin təcrübə apardıqları və alovların birdən-birə böyüdüyü görünür. Partlayışı görən digər tələbələrin təşviş içində qaçdığı anlar kamera tərəfindən saniyə-saniyə lentə alınıb.

Aysun / Demedia.az