ABŞ-da kriptovalyuta birjalarına qarşı iddia



 15:14 08.06.2023     268

ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası kriptovalyuta birjaları olan “Binance” və “Coinbase”i hədəfə alıb.

Demedia.az xəbər verir ki, komissiya hesab edir ki, hər iki birja qiymətli kağızlara dair qaydaları pozub. Məlumata görə, komissiya “Binance”in ABŞ-dakı aktivlərinin dondurulmasını tələb edib. Həmçinin “Binance” ilə bağlı qadağalar tətbiq edilməsi tələb edilib. Tələblərə təsdiqlənmiş uçot, aktivlərin repatriasiyası, sənədlərin və məlumatların mühafizəsi, sübutların məhv edilməsinin qarşısının alınmasının həyata keçirilməsi aiddir.

Qeyd edək ki, komissiya qiymətli kağızlar qanunlarını pozduğu üçün “Coinbase”ə qarşı da iddia qaldırıb.

Bahadur Seyidov