Şahbaz Şərifdən Türkiyəyə əməkdaşlıq mesajı
Pakistanın baş naziri Şahbaz Şərif Türkiyə ilə ticarət, investisiya, ali təhsil, turizm və infrastruktur kimi sahələrdə əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bildirib.
Demedia.az xəbər verir ki, Pakistan Radiosu bildirir ki, Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacı Şahbaz Şərif tərəfindən qəbul edilib. Görüş zamanı Şərif Türkiyə ilə əlaqələrin sıxlaşdırılmasından danışıb. Şərif Türkiyə ilə Pakistanın ortaq inanc və qarşılıqlı hörmətə əsaslanan uzunmüddətli tarixi əlaqələrinin olduğunu, iki ölkə xalqının bir-birinə böyük hörmət bəslədiyini vurğulayıb. Türkiyəyə səfəri zamanı investisiya şirkətləri ilə keçirdiyi görüşə də toxunan Şərif bildirib ki, hazırda Pakistanda xarici sərmayələrin qoyulması üçün yaxşı zamandır və türk şirkətlərinin bu məsələyə marağı təqdir edilir. Pakistanın Baş naziri qonaqpərvərliyə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə təşəkkür edib.
Qeyd edək ki, Şərif Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə səfər etmişdi.
Bahadur Seyidov