Kilauea vulkanının zirvəsindəki kraterdə püskürmə müşahidə edildi



 15:45 08.06.2023     331

ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanının zirvəsindəki kraterdə püskürmə baş verib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Tədqiqat Xidməti məlumat verib. Bildirilib ki, Havay Vulkan Rəsədxanası kamera görüntüləri ilə Kilauea dağının zirvəsində partlayışların olduğunu müşahidə edib. Məlumata görə, lava püskürmənin başladığı Halemaumau kraterində əmələ gələn çatlardan axmağa başlayıb. Bildirilir ki, vulkandakı fəallıq hələki yalnız Halemaumau kraterində müşahidə edilir. Havay Vulkan Rəsədxanasının məlumatına görə, vulkandakı təhlükə püskürmənin gedişatına uyğun olaraq yenidən qiymətləndiriləcək.

Hazırda yaşayış məntəqələri üçün təhlükə yoxdur. Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

Bahadur Seyidov