Səudiyyə Ərəbistanı Sudandakı səfirliyə hücumu qınadı



 17:04 08.06.2023     424

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəzi silahlı qrupların Sudandakı səfirlik binasına hücumunu kəskin şəkildə pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında qeyd edilib. Açıqlamada bildirilir ki, Xarici İşlər Nazirliyi Sudandakı səfirlik və onun nəzdindəki binalara edilən hücumu və səfirlik işçilərinin iqamətgahlarına və mülklərinə qarşı edilən hərəkətləri ən sərt şəkildə qınayır. Yazılı açıqlamada qeyd edilir ki, Səudiyyə Ərəbistanı diplomatik nümayəndəliklərə qarşı hər cür zorakılıq və dağıntıları tamamilə rədd edir. Xarici İşlər Nazirliyi Sudanda təhlükəsizlik və sabitliyin bərpasına mane olan silahlı qruplara qarşı mübarizənin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Sudanda Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və Liviya kimi ölkələrin səfirlik binaları hücuma məruz qalıb.

Bahadur Seyidov