Banqladeşdə rekord istilər müşahidə edildi



 16:28 08.06.2023     254

Banqladeşin paytaxtı Dəkkədə qızmar istilər problemlər yaradıb.

Demedia.az xəbər verir ki, havanın temperaturunun 40 dərəcəyə çatması ilə əlaqədar ölkədə məktəblər bağlanıb. Bir sıra sistemlər sıradan çıxıb. Xalq qızmar isti ilə mübarizə aparmaq üçün müxtəlif üsullar seçir. Məlumata görə, bu, Banqladeşdə son 50 ilin ən uzun isti dövrüdür. Ölkənin paytaxtı Dəkkədə qızmar istilər səsəbilə on minlərlə məktəb bağlanıb. 12 milyon əhalisi olan şəhərdə problemlər ortaya çıxıb. Sərt hava şəraiti səbəbindən evdən heç kim çıxmadığına görə, onlayn satışlar artıb.

Çöldə işləyənlər istidən qorunmaq üçün iş saatlarını azaltmalı olublar.

Bahadur Seyidov