BMT Xersona qrup göndərdi



 16:43 08.06.2023     271

Birləşmiş Millətlər Təşkilatının qrupları Kahovka bəndinin fəsadlarını qiymətləndirmək üçün Xerson bölgəsinə gediblər.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında bildirib. O bəyan edib ki, Xersonda su səviyyəsi yüksəlməyə davam edir. “Daha çox kənd və qəsəbə su altında qalıb və vəziyyət daha da pisləşə bilər. Əsas narahatlıqlarımızdan biri suya çıxışdır.

Minlərlə insan içməli su üçün Kahovka bəndindən asılıdır və bənddə suyun səviyyəsi çox sürətlə azalır. BMT zərər çəkmiş insanlara təcili yardım çatdırmaq üçün fasiləsiz çalışır. Humanitar təşkilatlar isə Xerson bölgəsindəki insanların təxliyəsi və yerləşdirilməsinə kömək edir” -  Stefan Düjarrik deyib.

Bahadur Seyidov