Blinken Hakan Fidanla bu məsələləri müzakirə etdi



 17:21 08.06.2023     289

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat verib. Blinken Hakan Fidanı Xarici İşlər Naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Bildirilir ki, iki nazir İsveçin NATO-ya üzvlüyünü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma proseslərini, F-16-ların alınması və modernləşdirilməsini və taxıl sazişini müzakirə ediblər.

Fidan və Blinken, iki ölkə arasında gündəmdə olan məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar.

Bahadur Seyidov