Blinken Afrika ölkələrinə mesaj verdi



 17:42 08.06.2023     258

ABŞ-ın dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfəri zamanı Sahel bölgəsi və Qərbi Afrika ölkələri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istədiklərini bildirib.

Demedia.az xəbər verir ki krallıqda keçirilən “Saheldə çoxtərəflilik” toplantısına qatılan Blinken görüşdən əvvəl mətbuata açıqlamalar verib. Sahel və Qərbi Afrika sahillərində "terror və təhlükəsizlik" mövzusunu müzakirə etmək üçün bir araya gəldiklərini ifadə edən Blinken bildirib ki, ABŞ Afrika və regional təhlükəsizliyi, eləcə də tərəfdaşlığı dəstəkləmək üçün edilən fədakarlığı qiymətləndirir.

Blinkenin sözlərinə görə, ABŞ münaqişələrin həlli, terrorla mübarizə fəaliyyətləri, humanitar yardımın asanlaşdırılması, qaçqınların qəbulu və digər məsələlərin həllinə liderlik edən ölkələri təqdir edir.

Bahadur Seyidov