Dünya bunu İZLƏYİR: Dəhlükəli anlar yaşandı



 18:00 08.06.2023     405

Dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Kilauea bu il ikinci dəfə püskürüb.

Demedia.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) vulkanın zirvə kraterindəki püskürmənin ilk görüntülərini paylaşıb.

Havay Fövqəladə Hallar İdarəsi, yaşayış məntəqələrinin təhlükə altında olduğuna dair heç bir əlamət olmadığını bildirib. Vulkan sonuncu dəfə yanvar ayında aktivləşib və vulkan aktivliyi mart ayına qədər davam edib.

Vulkanların tez-tez püskürməsi onun təhlükəli olmadığı fikrinə səbəb ola bilər, lakin belə deyil. Dünya əhalisinin əhəmiyyətli bir hissəsi aktiv vulkanlarla yanaşı yaşayır və bu vulkanların çoxu Kilaueadan daha ölümcüldür.

1500-cü ildən bəri vulkan püskürmələri nəticəsində 280 min insan həlak olub. Bunun 170.000-i 6 böyük partlayışda həlak olub.

Aysun / Demedia.az