Dünyanın ən isti ili ola bilər - Yeni FAKTLAR



 22:05 08.06.2023     565

Dünyada istiləşməyə səbəb olan El Nino hava hadisəsinin başladığını açıqlayan ABŞ rəsmiləri 2024-cü ilin yəqin ki, dünyanın ən isti ili olacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, Sakit okeanda El Nino hava hadisəsi başlayıb.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) verdiyi açıqlamada bütün planeti təsir edən hava hadisəsinin önümüzdəki aylarda tədricən təsirini artıracağı bildirilib. NOAA-dan İqlim Mütəxəssisi Mişel L'Heureux verdiyi açıqlamada El Ninonun gücündən asılı olaraq dünyanın bəzi yerlərində quraqlıq riskinin artması və güclü yağış kimi müxtəlif mənfi təsirlərə səbəb ola biləcəyini və temperatur rekordunun yaşana biləcəyini söyləyib.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) isə may ayında Sentinel-6 Michael Freilich adlı peykdən alınan məlumata görə, Sakit Okeanın ekvatorial hissəsində El Nino-nun inkişaf əlamətlərinin olduğunu bildirib. El Nino-nun Afrika, Avstraliya və Asiya qitəsinin bəzi bölgələrində quraqlığa, Hindistanda musson yağışlarının zəifləməsinə, Amerikanın cənub və mərkəzi hissələrində güclü yağışlara səbəb olacağı gözlənilir.

Aysun / Demedia.az