Brokolinin faydalarını iki qat artıran RESEPT



 22:36 08.06.2023     695

Brokoli xərçəngə qarşı qoruyucu təsiri və bir çox başqa faydaları ilə seçilən tərəvəzdir.

Demedia.az xəbər verir ki, suda qaynadılaraq bişirilən brokolinin xüsusiyyətlərini itirdiyini bildirən Qidalanma və Pəhriz Mütəxəssisi Tuba Örnek, elmi müşahidələrə görə brokolinin faydalarını iki qat artıran düsturunu açıqlayıb.

Elmi araşdırmalar göstərir ki, brokolinin antibiotik xüsusiyyətləri ilə birlikdə ürək-damar sağlamlığının qorunmasında, infarktın qarşısının alınmasında, xolesterinin aşağı salınmasında, qan təzyiqinin aşağı salınmasında, antioksidant olmasında və şəkərli diabetin ağırlaşmalarının qarşısının alınmasında təsirli olur.

Brokolinin tərkibində 'qlükozinolat' deyilən təsirli komponentlərin olması ilə yanaşı, vitamin anbarı və antioksidan da var.

Bu birləşmələr, xüsusilə sulforafan və indol-3-karbinol, kolon, prostat vəzində təsirlidir.  Bağırsaqdakı faydalı bakteriyaları qidalandırır

Brokolinin tərkibində yüksək miqdarda lif olduğu üçün bağırsaqlardakı faydalı bakteriyaları da qidalandırır.

Biz bilirik ki, faydalı bakteriyaların sayının artırılması bədənimiz üçün çox dəyərlidir. Bundan əlavə, brokoli cücərtiləri və brokoli ekstraktlarından istifadə edilən eksperimental tədqiqatlar xərçəng dəyərlərinin yaxşılaşdığını göstərib.

Brokolinin faydalarını görmək üçün brokolini düzgün bişirmək çox vacibdir.

Suda qaynadıb bişirdiyimiz brokoli təəssüf ki, bütün bu xüsusiyyətlərini itirir. Buna görə də, elmi müşahidələrə əsasən verilən tövsiyə bir neçə dəqiqəlik buxarda bişirmə və ya xam istehlakdır. Əllə kəsib 30 dəqiqə gözlədikdən sonra zeytun yağı və limonla çox uğurlu və güclü detoks hazırlanır.

Aysun / Demedia.az