Avtomobildən qəribə səs gəldi, içindən elə şey çıxdı ki... - VİDEO



 23:48 08.06.2023     526

Konyanın Ereğli rayonunda avtomobilə girən təxminən 1,5 metr uzunluğundakı ilan yanğınsöndürənlər tərəfindən tutularaq təbiətə buraxılıb.

Demedia.az xəbər verir ki, hadisə Ereğli rayonu Pirömer məhəlləsində baş verib.

Əldə edilən məlumata görə, təxminən 1,5 metr uzunluğundakı ilanın park edilmiş avtomobilə girdiyini görən avtomobilin sahibi vəziyyəti yanğınsöndürmə bölməsinə bildirib. Hadisə yerinə gələn xilasetmə qrupları avtomobilə girən ilanı çıxarmaq üçün işə başlayıb. Yanğınsöndürənlərin 1 saata yaxın işi nəticəsində avtomobilin mühərrik hissəsində olan ilan tutulub.

Aysun / Demedia.az