Alzeymer xəstəliyinə səbəb olan QİDALAR



 11:02 09.06.2023     990

Orqanizm üçün lazımi olan sağlam yağlardan əlavə, bütün yağlar “zərərli” katqeoriyasına daxildir. Xüsusilə də, trans yağlar, demək olar ki, sağlamlığınızı riskə atır. 

İnsan sağlamlığı üçün zərərli olan yağların və ya emal edilmiş qida məhsullarının alzeymer xəstəliyinə tutulma riskini artırdığı elmi cəhətdən sübut olunmuşdur.  Alzeymer demansiya xəstəliyinin ən geniş yayılmış formasıdır. Dünya miqyasında, təxminən, 50 milyon insanda demansiya əlamətləri qeydə alınıb. Hər il  10 milyonadək insan bu siyahıya daxil olur. Araşdırmalar göstərib ki, bəzi qidalar alzeymer riskini 75% yüksəldir. Yəni, bu “bəzi qidalar”dan uzaq duraraq, özünüzü qorumaq şansınız var! 

Alzeymer xəstəliyinə səbəb olan qidalar bunlardır: 
-şirniyyatlar; 
-şəkər; 
-düyü; 
-çörək;
-makaron; 

Bu qidalar insulin ifrazının qəfildən yüksəlməsinə səbəb olur, nəticədə, beyinə toksinlər göndərilir. Bundan əlavə, yediyiniz qidanın tərkibindəki yağın növü də xəstəliyə tutulma səbəbləri sırasındadır.  Ona görə də, çalışın ki, qida maddələri alarkən qutunun/paketin üzərindəki “içindəkilər” bölməsini diqqətlə oxuyasınız. 
Yağ qəbuluna diqqət etsəniz, alzeymer riskini  minimuma endirə bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az