Fransa Senatı qalmaqallı qanunu qəbul etdi



 11:28 09.06.2023     268

Fransa Senatı qanun layihəsinin şübhəlilərin telefonlarının uzaqdan izlənməsinə icazə verən müvafiq maddəsini qəbul edib.

Demedia.az xəbər verir ki, qanuna görə, şübhəlilərin telefonlarında kamera və mikrofona uzaqdan giriş təmin ediləcək. Qanun layihəsinin 3-cü maddəsi terror və mütəşəkkil cinayət kimi işlərdə telefon, kompüter və planşet kimi rəqəmsal cihazlardan səs və video qeydə almaq üçün mikrofon və kameraların işə salınmasına və şübhəlilərin yerlərini izləməsinə icazə verir.

Qanunda qeyd edilir ki, insanlar onların razılığı olmadan izləniləcək və dinləniləcək. Məlumata görə, Senat şübhəlilərin rəqəmsal cihazlarına uzaqdan müdaxilə etməyə imkan verən "Ədalət Qanunu"nu müzakirəsini davam etdirir. Qanunda hələ qəbul edilməyən bəzi maddələr var.

Bahadur Seyidov