Keçmiş prezident Dəməşqə getdi



 11:45 09.06.2023     275

Livanın keçmiş prezidenti Mişel Avn Suriyanın paytaxtı Dəməşqə səfər edib.

Demedia.az xəbər verir ki, səfər çərçivəsində Mişel Avn Suriya Prezidenti Bəşər Əsədlə görüşüb. Görüş zamanı Əsəd bəyan edib ki, Suriya və Livanın üzləşdiyi çətinliklər oxşardır və onları ayırmaq doğru deyil. Əsəd Livanın gücünün siyasi və iqtisadi sabitlikdə olduğunu, livanlıların bu sabitliyi dialoq və konsensus yolu ilə yarada biləcəyini deyib və xalqın prinsiplərə sadiq qalacağına əmin olduğunu bildirib. Əsəd Ciddədə keçirilən Ərəb Liqasının toplantısında Suriya ilə ərəb ölkələri arasında münasibətlərin normallaşması məsələsinin gündəmə gəldiyini xatırladıb və bildirib ki, bu, Suriya və Livan münasibətlərinə də yaxşı təsir edəcək.

Qeyd edək ki, bu, Mişel Avnın Dəməşqə 14 ildən sonra ilk səfəridir. 

Bahadur Seyidov