ABŞ-da meşə xəbərdarlığı elan edildi



 12:14 09.06.2023     260

ABŞ-ın 5 ştatında isti, quru və qeyri-sabit hava şəraiti ilə əlaqədar meşə yanğınları barədə xəbərdarlıq elan edilib.

Demedia.az xəbər verir ki, Milli Meteorologiya Xidmətinin açıqlamasına görə, Pensilvaniyanın bəzi hissələri də daxil olmaqla Nyu Cersi, Miçiqan, Vaşinqton və Alyaska ştatlarında meşə yanğınları müşahidə edilə bilər. Açıqlamada qeyd olunub ki, quru və qeyri-sabit hava şəraiti ilə yüksək temperaturlar, o cümlədən ildırım çaxmaları sözügedən ştatlarda meşə yanğınlarına səbəb ola bilər.

Sakinlərə meşəlik ərazilərdə yanğın törədə biləcək əməllərdən çəkinmək tövsiyə olunub. Məlumata görə, güclü küləklər, aşağı rütubət və tez alışan quru kollar meşə yanğınları üçün əlverişlidir.

Bahadur Seyidov