Çin Tayvan ətrafına hərbi qüvvə cəlb etdi



 12:42 09.06.2023     266

Çinə məxsus 37 hərbi təyyarə və 5 döyüş gəmisi Tayvan ətrafında müşahidə edilib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, Çin təyyarələri Tayvanın müdafiə zonası elan etdiyi ərazidə uçuşlar edib. Açıqlamada deyilir ki, Tayvan müdafiə vasitələri ilə Çinin hərbi fəaliyyətini müşahidə edib.

Qeyd edək ki, ABŞ rəsmilərinin Tayvana səfərindən sonra Çinlə ada dövləti arasında gərginlik artıb. Çin mütəmadi Tayvan ətrafına hərbi qüvvələr cəlb edir. Əlavə edək ki, müdafiə zonası deyilən Hava Hücumundan Müdafiə və Müəyyənləşdirmə Ərazisi birtərəfli qaydada elan edilir. Hava məkanı beynəlxalq hüquqa əsasən sahildən 22 kilometr məsafəyə qədər olan suları müəyyən edir. Bu qərar hava məkanını pozmaq niyyətində olmayan mülki təyyarələrə aid deyil, lakin əraziyə daxil olan hərbi təyyarələr potensial təhlükə kimi qiymətləndirilir və xəbərdarlıq edilir.

Bahadur Seyidov