Təhlükəsizlik Şurası Şimali Koreyanın təxribatlarına qarşı çıxa bilmir



 15:52 09.06.2023     264

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Şimali Koreyanın qeyri-qanuni təxribatları ilə mübarizədə effektiv iştirak edə bilmir.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Park Jin açıqlama verib. Təhlükəsizlik Şurasının daimi üzvləri olan Çin və Rusiyanın Pxenyana qarşı əlavə sanksiyaların tətbiqinə qarşı çıxmasına toxunan Jin bildirib ki, təşkilatın üst qərar qəbuledici orqanı təxribatlara qarşı qərar qəbul edə bilmir. Nazirin sözlərinə görə, Şimali Koreyanın bu tendensiyası beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükəlidir.

Nazir Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə diqqət çəkərək, ölkəsinin beynəlxalq səhnədəki nüfuzunun və gücünün artdığını qeyd edib.

Bahadur Seyidov